×
A
A
A
Sazlamalar

FHN: Hacı Zeynalabdin Tağıyev qəsəbəsində top mərmisi aşkar edilib

Bakı, 3 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış keçirilib. Baxış zamanı aşkarlanmış sursatın 122 millimetrlik OF-462 top mərmisi olduğu müəyyənləşdirilib.
Sursat zərərsizləşdirilməsi üçün XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən götürülərək ərazidən kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Hadisə 2022-06-03 13:18:00