×
A
A
A
Sazlamalar

FHN: Zaqatala rayonu ərazisində itkin düşmüş əcnəbinin axtarışları davam edir

Bakı, 3 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə mayın 13-də Zaqatala rayonu ərazisində Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.
Hazırda əcnəbi vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə - mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə axtarış-xilasetmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Hadisə 2022-06-03 11:07:00