×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda otluq ərazidə yanğın baş verib

Bakı, 1 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunun Vaqif prospektində otluq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə 2022-06-01 15:24:00