BNA: 132 nömrəli avtobuslar “BakıKart” sisteminə keçir, gediş haqqı azaldılır
Bakı, 1 iyun, AZƏRTAC
Müntəzəm marşrut xətləri üzrə nağdsız ödənişə keçidin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə iyunun 2-dən “Kral-Transport” şirkətinin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli metro stansiyası - Hövsan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 0.35 AZN müəyyən edilib.
Məlumat üçün qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir. Hazırda 132 nömrəli avtobuslarda gediş haqqı 0.40 AZN-dir.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb