×
A
A
A
Sazlamalar

Abşeron rayonunda polis əməkdaşı xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən ölüb

Bakı, 1 iyun, AZƏRTAC

Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşı dərhal DİN-in Hospitalına çatdırılıb. Bütün tibbi müdaxilələrə baxmayaraq o vəfat edib.
Allah rəhmət eləsin.

Hadisə 2022-06-01 14:39:00