×
A
A
A
Sazlamalar

Sabahdan paytaxtda avtobuslarda kondisionerlər işə salınacaq

Bakı, 31 may, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə yay mövsümünə keçidlə əlaqədar zəruri tədbirlərin görülməsi barədə xəbərdarlıq məktubu göndərilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, məktubda son günlərdə havanın temperaturunun yüksəlməsini nəzərə alaraq marşrutlar üzrə kondisionerlərlə təchiz avtobuslarda havalandırma sisteminin iyunun 1-dən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb.

Nəqliyyat 2022-05-31 17:51:00