×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 20 noyabr tarixli 354 nömrəli, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli 479 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 497 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında Sazişin təsdiq edilməsi barədə” 2019-cu il 29 yanvar tarixli 498 nömrəli, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2019-cu il 11 iyun tarixli 725 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1683; 2019, № 7, maddə 1217; 2020, № 5, maddə 561, № 9, maddə 1142; 2021, № 7, maddələr 722, 725; 2022, № 1, maddə 23) 2.12-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2014; 2020, № 4, maddə 399; 2021, № 9, maddə 977) 7-ci və 8-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

3. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2267; 2019, № 6, maddə 1008) 3.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 69, № 4, maddə 656, № 12, maddə 1950) 6-cı, 11-ci və 12-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 497 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 87) 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli
498 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 88) 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; 2021, № 3, maddə 225, № 5, maddə 452, № 6 (I kitab), maddə 572, № 9, maddə 989, № 10, maddə 1103) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.3-cü, 7.1.33-cü, 7.1.34-cü, 7.1.36-cı, 7.1.45-ci, 7.2.11-ci, 7.31.8-ci, 7.3.2.7-ci, 7.3.3.7-ci, 7.3.4.2-ci, 7.3.4.7-ci, 7.3.5.6-cı, 7.3.6.8-ci, 7.3.7.8-ci, 7.3.8.7-ci, 7.3.9.8-ci, 7.3.10.8-ci, 7.3.11.8-ci, 7.3.12.8-ci, 7.3.13.7-ci, 7.3.14.8-ci, 7.3.15.8-ci, 7.3.16.8-ci, 7.3.17.8-ci, 7.3.18.8-ci, 7.3.19.8-ci, 7.3.20.7-ci, 7.3.21.7-ci, 7.3.22.8-ci, 7.3.23.8-ci, 7.3.24.8-ci, 7.3.25.8-ci, 7.3.26.7-ci, 7.3.27.6-cı, 7.3.28.8-ci, 7.3.29.8-ci, 7.3.30.8-ci, 7.3.31.8-ci, 7.3.32.8-ci, 7.3.33.8-ci, 7.3.34.8-ci, 7.3.35.8-ci, 7.3.36.8-ci, 7.3.37.7-ci, 7.3.38.8-ci, 7.3.39.8-ci, 7.3.40.8-ci, 7.3.41.8-ci, 7.3.42.8-ci, 7.3.43.8-ci, 7.3.44.8-ci, 7.3.45.8-ci, 7.3.46.9-cu, 7.3.47.8-ci, 7.3.48.7-ci, 7.3.49.8-ci, 7.3.50.8-ci, 7.3.51.7-ci, 7.3.52.8-ci, 7.3.53.8-ci, 7.3.54.7-ci, 7.3.55.7-ci və 7.3.56.7-ci yarımbəndlərində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634; 2020, № 4, maddə 417; 2021, № 5, maddə 445, № 6 (I kitab), maddə 566, № 10, maddə 1114, № 12, maddə 1406) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 4.1.8-ci yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019,
№ 6, maddə 1017) 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2022-ci il

 

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə və 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2022-05-31 16:19:00