×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və silsilə oğurluqlar edən 117 nəfər saxlanılıb VİDEO

Bakı, 31 may, AZƏRTAC

Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən son bir ayda keçirilmiş əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 98 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aşkarlanmış bütün faktlarla əlaqədar idarənin istintaq şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 64-ü barəsində məhkəmə tərəfindən həbs, 34-ü haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 27 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Həmin dövrdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Bakıxanov, Maştağa, Balaxanı, Zabrat və digər ərazilərdə yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından silsilə oğurluqlar edən əlavə 19 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 50-yə yaxın evdən, eləcə də obyektdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları müəyyənləşdirilib.
Qeyd edilən faktların hər biri ilə bağlı rayon polis idarəsində araşdırmalar davam etdirilir.

Hadisə 2022-05-31 15:18:00

Video