×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda evdən noutbuklar, domafonlar və televizorlar oğurlanıb

Bakı, 31 may, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə mayın 28-də Maştağa qəsəbəsindəki evlərin birindən 15 min manat dəyərində üç noutbuk, 3 domafon, iki televizor, videokamera və avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Rövşən Şahbazov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-05-31 10:40:00