×
A
A
A
Sazlamalar

Akademik Rus Dram Teatrı iyun ayında maraqlı tamaşalar təqdim edəcək

Bakı, 31 may, AZƏRTAC

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı iyun ayında maraqlı tamaşalar təqdim edəcək.
AZƏRTAC teatrın repertuarını təqdim edir:
3 iyun – “Yuxularımdan kənar ol” (“Təhminə və Zaur”);
4 iyun – “Kraliçanın son ehtirası”;
5 iyun – “Əli və Nino”;
10 iyun – “Artistin taleyi”;
11 iyun – “Sevgiyə görə bağışla” (Aydın) ;
12 iyun – “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur”;
17 iyun – “Maskarad”;
18 iyun – “Və qadın gəlirdi...”;
19 iyun – “Qürur və qərəz”;
24 iyun – “Kişi, qadın, pəncərə… məşuq”;
25 iyun – “Moskva safarisi” (Xalam Bundu);
26 iyun – “Evlənmə”.

Uşaqlar üçün:
4, 26 iyun – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”;
11 iyun – “Nağılı tap–5”;
12 iyun – “Gəlin, nağıla baxaq”;
18 iyun – “Ələddin, Şahzadə Jasmin və sehrli çıraqda yaşayan cinin macəraları”;
19 iyun – “Düyməcik”;
20 iyun – “Durnabalığının buyruğu ilə”.

Teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün isə saat 12:00-da başlanır.

Teatr və kino 2022-05-31 02:18:00