×
A
A
A
Sazlamalar

Zərdabda “Aqro Texniki Servis” ASC-nin ərazisindəki çənin içərisində neft qalıqları yanıb

Bakı, 30 may, AZƏRTAC

Zərdab şəhərində “Aqro Texniki Servis” ASC-nin ərazisində tutumu 80 ton və kəsilməkdə olan çənin içərisində neft qalıqları yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yaxınlıqdakı çənlər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

 

 

Hadisə 2022-05-30 14:13:00