×
A
A
A
Sazlamalar

Lənkəranda yol polisinin saxladığı avtomobildən altı kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakı, 30 may, AZƏRTAC

Lənkəran şəhəri ərazisində hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, sürücü, Bakı şəhər sakini Rövşən Acalovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyinə, üzərində və nəqliyyat vasitəsində narkotik vasitə daşıdığına şübhələr yarandığından həmin şəxs müvafiq tibbi müayinədən keçirilib.
R.Acalovun psixotrop maddənin sərxoşluğu vəziyyətində olduğu müəyyənləşdirilib. Şəxsi axtarış zamanı isə onun üzərindən narkotik vasitə marixuana və elektron tərəzi aşkarlanıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Acalovun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsindəki gizli saxlanc yerindən 1 kiloqramdan çox heroin və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı onun narkotik vasitələri xaricdəki narkotacir vasitəsilə əldə edib və satışını təşkil etmək üçün paytaxt ərazisinə aparmalı olduğu müəyyənləşdirilib.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

 

 

Hadisə 2022-05-30 10:55:00