×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan” festivalının son günü də möhtəşəm hava şousu ilə yadda qaldı

Bakı, 29 may, AZƏRTAC

Mayın 29-da “TEKNOFEST Azərbaycan” festivalının son günü də möhtəşəm hava şousu ilə yadda qaldı.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” (5 ədəd) və “MiQ-29” (2 ədəd) qırıcı təyyarələri və hərbi helikopterlərinin, eləcə də Türkiyənin “Solotürk” (2 ədəd F16), “Türk Ulduzları” (5 ədəd F5) və “Hürkuş” aerobatika komandalarının, ATAK helikopterlərinin və AKINCI PUA-sının iştirakı ilə hava şouları təşkil olunub.
Azərbaycan və Türkiyənin pilotları bu gün də hava şouları ilə ziyarətçilərin qəlbini fəth etdi.

İqtisadiyyat 2022-05-29 12:42:00