×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastı Nikita Simonov dünya kuboku yarışında birinci olub

Bakı, 29 may, AZƏRTAC

Bolqarıstanın Varna şəhərində kişi və qadın idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışı keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi yığma komandamızın üzvləri Samirə Qəhrəmanova, Milana Minakovskaya, Nikita Simonov, Mənsum Səfərov və Ağamurad Qəhrəmanov təmsil ediblər.
Komandamızın üzvü N.Simonov halqalarla çıxışına görə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

İdman 2022-05-29 12:05:00