Abşeron rayon prokurorluğu məlumat yayıb
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-u saat 05 radələrində Abşeron rayonu ərazisində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rimma Tarıverdiyevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək saxlanılıblar
Gəncə şəhər sakininin bank hesabından pul oğurlayan əvvəllər məhkum olunmuş şəxs yaxalanıb
FHN: Ötən sutka ərzində 108 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün açılması təmin olunub