Peşəkar mühasib sertifikatı almaq üçün imtahanın II mərhələsi keçirilir
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçirilir.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. İmtahanda 522 nəfərin iştirak edəcəyi gözlənilir.
İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır.
Namizəd imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidir:
- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- imtahana buraxılış vərəqəsi.
Üç saat davam edəcək imtahanda namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 48 nəzarətçi müəllim, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb edilib.
Qəbul imtahanlarında 35 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edəcək
Geologiya və Geofizika İnstitutunda ADNSU-nun kafedrasının filialı fəaliyyət göstərəcək
Azərbaycan Dillər Universitetində Çinin ali təhsil sistemi ilə bağlı seminar təşkil edilib
İyulun 7-də II ixtisas qrupu üzrə imtahanda 15 min 742 nəfər iştirak edəcək