Belqraddakı bəzi körpülər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Belqrad, 29 may, AZƏRTAC
28 May – Müstəqillik Günü münasibətilə Serbiyanın paytaxtı Belqraddakı bəzi körpülər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü ilə Dunay çayı üzərindəki Brankov və Ada körpüləri şanlı bayrağımızın rənglərinə bürünüb.
Gecə saatlarında Azərbaycan bayrağının rənglərində işıqlandırılan körpülər möhtəşəm görüntü yaradıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Yevlax şəhərində şəhid mayor Toğrul Bərxudarovun doğum günündə xatirəsi anılıb VİDEO
MEDİA dəstək layihəsi çərçivəsində elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb