×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb

Bakı, 28 may, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 992 nəfər müalicə olunaraq sağalıb, 9 min 712 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 422, bu günə qədər isə ümumilikdə 6 milyon 888 min 708 test icra olunub.

Səhiyyə 2022-05-28 21:08:00