×
A
A
A
Sazlamalar

Vaşinqton meri 28 May – Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Vaşinqton, 28 may, AZƏRTAC

Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü ilə bağlı 28 May tarixini Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı Bəyannamə imzalayıb.
Bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan və qadınlara səsvermə hüquq verən ilk dövlətlərdən birinin - Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi bildirilir. Həmçinin qeyd olunur ki, bu il Azərbaycanın müstəqilliyinin bərpasının 31-ci ildönümü və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilir.
Azərbaycanlıların dünyanın 70 ölkəsində yaşadığı və ABŞ-da yaşayan Azərbaycan icmasının sayının 700 mindən çox olduğu vurğulanır.
Bildirilir ki, Vaşinqton bu şəhərə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi və Azərbaycan icması tərəfindən edilən töhfələri yüksək qiymətləndirir, öz zəngin mədəniyyəti və irsini Kolumbiya Əyaləti sakinləri ilə bölüşdüyü üçün onlara təşəkkür edir.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

Siyasət 2022-05-28 19:59:00