Füzuli rayonunda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxs minaya düşüb
Bakı, 28 may, AZƏRTAC
Mayın 28-i saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun əməkdaşları prokurorluq orqanlarının veteranını ziyarət ediblər
Baş Prokurorluq həftəlik icmalını təqdim edib VİDEO
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib