×
A
A
A
Sazlamalar

Hindistanda keçirilən şahmat festivalında Azərbaycan təmsilçisi uğurlu çıxışını davam etdirir

Bakı, 28 may, AZƏRTAC

Hindistanda 13-cü şahmat festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, festivalın güclü A kateqoriyalı yarışında mübarizə aparan Azərbaycan şahmatçısı Azər Mirzəyev 9 turdan sonra 7 xalla üçüncü yerdə qərarlaşıb. Komandamızın digər üzvü Xatun Bağırova isə 4 xal toplayıb. Turnir cədvəlinə 8 xalla Tacikistan təmsilçisi Farrux Amonatov başçılıq edir. On turdan ibarət yarışda 30-u qrosmeyster olmaqla, 114 şahmatçı iştirak edir.
Festival mayın 29-dək davam edəcək.

İdman 2022-05-28 19:31:00