×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetinin komandası Müstəqillik Gününə həsr edilən şəhər çempionatının qalibi olub

Bakı, 28 may, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr edilən idman oyunları çərçivəsində oğlanlar arasında minifutbol üzrə şəhər çempionatı keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, 4 gün davam edən çempionatda MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kollecinin tələbələri və Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şagirdlərindən ibarət komandalar mübarizə aparıblar. MDU-nu təmsil edən komanda yarışın qalibi olub.
Qalib komandanın mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənclərin idmana, sağlam həyat tərzinə olan marağını yüksək qiymətləndirib, qalib komandanın üzvlərini qələbə münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra qalib komandanın üzvlərinə diplom və kubok təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Müstəqillik Gününə həsr olunan idman oyunları şəhərdə idmanın təbliği və kütləviləşdirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi işinə töhfə məqsədilə keçirilib.

 

Regionlar 2022-05-28 19:08:00