Gənclər Təşkilatları Milli Şurası Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 28 May - Müstəqillik gününə həsr olunmuş silsilə tədbirlər keçirib.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə İdarə Heyəti tərəfindən Gəncə şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin inzibati binasına infotur təşkil olunub, nümayəndələr muzeyin eksponatları ilə tanış olublar.
Silsilə tədbirlərin davamı olaraq ARGTMŞ-nın İdarə Heyətinin üzvlərinin Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar, Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərində gənclərlə müzakirə xarakterli görüşləri keçirilib.
Görüşlər zamanı dövlət müstəqilliyi, beynəlxalq aləmdə əldə edilən uğurlar, 104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin sosial-siyasi fəaliyyəti, eləcə də bu ənənələrə söykənərək XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müasir müstəqil dövlətçiliyimizin bərqərar olması mövzuları ətrafında geniş fikir mübadiləsi aparıblar.
Nazir müavini Gəncə şəhərində vətəndaşların müraciətini dinləyəcək
AQTİ laboratoriyası daha bir səriştəlilik sınağında yüksək nəticə göstərib