Azərbaycanın qadın karateçisi Avropa çempionatında üçüncü yeri tutub
Bakı, 28 may, AZƏRTAC
Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova üçüncü yeri tutub.
AZƏRTAC xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal uğrunda qarşılaşmada rəqibi Veronika Brunori (İtaliya) üzərində 4:3 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu gün parakarateçilərimiz Eldar Əhmədov (K30), Emiliya Militinova (K10) və Nihat Məmmədzadə (K10) finalda mübarizə aparacaqlar.
“Neftçi” braziliyalı futbolçusu ilə müqaviləni yeniləməyib
“Mançester Siti” klubu alman qapıçı ilə heyətini gücləndirib
Bu gün Azərbaycan güləşçisi Birgül Soltanova U-20 Avropa çempionatında final görüşünə çıxacaq
FIFA dünya çempionatında yeni ofsayd aşkarlama sistemindən istifadə edəcək
“Atletiko Madrid” klubu Xorvatiya millisinin üzvü ilə yollarını ayırıb