Azərbaycanlı qız Misirdə buz üzərində “Uzundərə” rəqsini ifa edib VİDEO
Qahirə, 28 may, AZƏRTAC
Misirin Şarm əl-Şeyx kurort şəhərində müxtəlif ölkələrdən olan fiqurlu konkisürmə ustalarının və həvəskarların iştirakı ilə festival keçirilib.
AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gəlmiş turistlərin böyük maraq göstərdikləri festivalda azərbaycanlı qız Fərah Məhəmməd buz üzərində “Uzundərə” rəqsini ifa edib.
Milli geyimdə olan Fərahın qüsursuz ifası və buz üzərində mükəmməl texniki bacarığı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Festivalda gənc Fərahın ifasına tamaşa edənlər arasında Şarm əl-Şeyxdə istirahət edən azərbaycanlı turistlər də olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Pontamima Teatrı “Dejavü” tamaşasını təqdim edəcək
Frensis Bekonun əsəri rekord qiymətə satılıb
Azərbaycanlı tenor Latviyada festivalda çıxış edib
Şuşa teatrından növbəti tamaşa - “Sərgüzəşti vəziri xani Lənkəran”