Kanberradakı Avstraliya Milli Kariyonu Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb
Kanberra, 28 may, AZƏRTAC
Kanberra şəhərində yerləşən Avstraliya Milli Kariyonu Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu tədbir ölkəmizin Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü, eyni zamanda, Avstraliya ilə ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunub.
Paytaxt Kanberranın 50 illiyi münasibətilə Britaniya hökumətinin Avstraliyaya hədiyyəsi olan və hündürlüyü 50 metr təşkil edən Milli Kariyon şəhərin ən görməli yerlərindən birində yerləşir və şəhər sakinlərinin əsas gəzinti və istirahət güşələrindən biridir.
Gecə saatlarında Azərbaycan bayrağının rənglərində işıqlandırılan Kariyon Avstraliya paytaxtında möhtəşəm görüntü yaradıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra
Şəmkirdə həmkəndlisi ilə mübahisə edən şəxs odlu silahdan atəş açıb
Avtomobillərin utilizatorlarının reyestri aparılacaq
Şəmkirdə subasmaya məruz qalmış bəzi evlərdən su kənarlaşdırılıb