Regionlararası müsabiqə qalibləri mükafatlandırılıb
Sumqayıt, 28 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan N.Nərimanov adına Mədəniyyət Mərkəzində 28 May - Müstəqillik Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar Mərkəzin foyesində biçmə-tikmə kursu üzvlərinin hazırladıqları geyimlərdən və rəssamlıq kursu üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin aparıcıları dövlətimizin müstəqilliyi haqqında məlumat verdikdən sonra bayramı vəsf edən mahnılar, şeirlər bir-birini əvəz edib.
Sonda Mərkəzdə fəaliyyət göstərən bir sıra dərnəklərin, həmçinin aprel-may aylarında Mədəniyyət Mərkəzində keçirilən “Ritm bir dünyadır” adlı regionlararası ritm müsabiqəsində yer tutan iştirakçılara fəxri fərman təqdim olunub.
Tədbir “Ritm bir dünyadır” müsabiqəsinin qalibi Qobu Mədəniyyət evinin çıxışı ilə sona çatıb.
104 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçib
Azərbaycan polisi asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir
Səmərəli reabilitasiya metodlarının tətbiqi üçün yüksək standartlara uyğun şərait yaradılıb
Odilcon İminov: Azərbaycan Prezidentinin siyasi iradəsi sayəsində Qarabağ inkişaf edəcək