×
A
A
A
Sazlamalar

Ombudsman: İnsan hüquq və azadlığına həssas münasibət, humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir

Bakı, 28 may, AZƏRTAC

Müstəqillik Günü ərəfəsində Ali Baş Komandan İlham Əliyev sayca 68-ci əfv Sərəncamını imzalayıb. Ulu öndər Heydər Əliyev tərəfindən insan hüquq və azadlığına göstərilən həssas münasibət və humanizm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində əfv Sərəncamının icrasında iştirak edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva söyləyib.
O qeyd edib ki, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam, ümumilikdə, 213 şəxsə şamil olunub. Sərəncama əsasən bir nəfər ömürlük cəzadan azad edilib. Əfv siyahısı məhkumların özlərinin, ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin və insan hüquqları təşkilatlarının müraciətlərinə əsaslanaraq onların ailə vəziyyətləri, səhhətləri, islah olmaları və digər məsələlər də nəzərə alınaraq tərtib olunub: “Mənim insan hüquqları üzrə müvəkkil olaraq Prezident İlham Əliyevə müraciətim əsasında 31 nəfər bu siyahıda yer alıb. Bu Sərəncama, humanist siyasətinə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Hesab edirəm ki, əfv olunan şəxslər gələcəkdə Vətəninə, xalqına, dövlətimizin başçısına sadiq olacaqlar”.

Cəmiyyət 2022-05-28 15:24:00