Minskdə Azərbaycanın Dövlət Bayrağı videoproeksiya edilib VİDEO
Minsk, 28 may, AZƏRTAC
Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 28 May - Müstəqillik Günü münasibətilə təşkil olunub.
Axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərdə işıqlandırılıb.
Videoproeksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
Türkiyənin Batman şəhərində Qarabağ Parkı salınıb
Estoniya KİV-də Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş məqalə dərc edilib
Zaqatalada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb