×
A
A
A
Sazlamalar

Sumqayıtda “Arterial hipertenziyanın diaqnostika və müalicəsi” mövzusunda elmi seminar keçirilib

Sumqayıt, 28 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan 1 nömrəli xəstəxananın poliklinika şöbəsində “Arterial hipertenziyanın diaqnostika və müalicəsi” mövzusunda elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, poliklinika şöbəsinin müdiri Arzu Bəndəliyeva çıxışında bu kimi seminarların mühüm əhəmiyyət kəsb etdiyini iştirakçıların diqqətinə çatdırıb.
Sonra kardioloq Elnaz Yusifovaya mövzu ilə bağlı təqdimatla çıxış edib. O, arterial hipertenziyanı yaradan səbəblər, bu sahədə mövcud olan müalicə və müayinə üzrə dünya protokollarından geniş bəhs edib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda həkimləri maraqlandıran suallar cavablandırılıb, bu sahədə həyata keçirilən tədbirlərdən söz açılıb.
Sonda tibbin müxtəlif sahələrinə həsr olunmuş, həkim-mütəxəssislərin təcrübəsinin bölüşülməsi istiqamətində maarifləndirici tədbirlərin mütəmadi olaraq keçiriləcəyi bildirilib.

Regionlar 2022-05-28 12:01:00