Ukraynada 28 May - Müstəqillik Günü ilə bağlı bilbordlar yerləşdirilib
Kiyev, 28 may, AZƏRTAC
Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə 28 May - Müstəqillik Günü ilə bağlı maarifləndirici lövhələr yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bilbordlar Xarkov-Poltava-Sumı magistral yolunda quraşdırılıb. Həmçinin, bilbordlar Sumı vilayətinin Axtırka şəhərinin ətrafında da yerləşdirilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Emil Hüseynli
Kiyev
FHN-in Muğan Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib
Yevlax şəhərində şəhid mayor Toğrul Bərxudarovun doğum günündə xatirəsi anılıb VİDEO