Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident, əziz dost.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.
Sizin səylərinizlə Azərbaycanda bütün sahələrdə uğurların şahidi olmaqdan məmnunluq duyuram.
Cənab Prezident, Qarabağda davam edən quruculuq işlərini xüsusilə vurğulamaq istəyirəm.
Qeyd etmək istərdim ki, Azərbaycan ilə Xorvatiya arasında əlaqələr xalqlarımızın mənafeyi naminə əməkdaşlığa güclü təkan verir.
Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə və bütün dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
Azərbaycan Yazıçılar Birliyinin sədri Anardan
Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Türkmənistanın Prezidenti Zati-aliləri cənab Sərdar Berdiməhəmmədova