×
A
A
A
Sazlamalar

Prezidentin imzaladığı əfv Sərəncamı 2 saylı cəzaçəkmə müəssisələrində 27 məhkuma şamil olunub

Bakı, 28 may, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində 27 nəfərə şamil olunub.
AZƏRTAC xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində 22 nəfər azadlığa buraxılıb, 5 nəfərin cəzası yarıya endirilib.
Əfv olunan şəxslərə sənədlərini Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov, ombudsman Səbinə Əliyeva və Milli Məclisin deputatı Zahid Oruc verib.
Azadlığa buraxılanlardan 5-i "Gəncə hadisələri"nə görə həbs edilənlərdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ümumilikdə 213 nəfəri əhatə edib.

Cəmiyyət 2022-05-28 11:31:00