10 saylı cəzaçəkmə müəssisəsində 11 məhkum azadlığa buraxılıb
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.
AZƏRTAC xəbər verir ki, 10 saylı cəzaçəkmə müəssisəsində 11 nəfərə arayış təqdim edilib. Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin cəzası yarıya endirilib.
Əfv olunan şəxslərə sənədlərini Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov, ombudsman Səbinə Əliyeva və Milli Məclisin deputatı Zahid Oruc təqdim edib.
Azadlığa buraxılanlardan 3 nəfəri "Gəncə hadisələri”nə görə həbs edilən şəxslərdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı, ümumilikdə, 213 nəfərə şamil olunub.
MEDİA dəstək layihəsi çərçivəsində elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrində təlim-metodiki toplanış keçirilib VİDEO
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif olunub
Səudiyyə Ərəbistanının aviaşirkəti yay mövsümündə Bakı və Tbilisiyə aviareyslər həyata keçirəcək