Prezidentin imzaladığı Əfv Sərəncamı 6 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 23 məhkuma şamil edilib
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisələrində də icra edilib.
AZƏRTAC xəbər verir ki, həmin cəzaçəkmə müəssisəsində 17 nəfərə arayış təqdim edilib. Bundan başqa, 6 nəfərin cəzası yarıya endirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 213 nəfəri əhatə edib.
“Əmək və Məşğulluq” altsistemində yeni funksionallıqlar yaradılıb
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
“Wonderland Azerbaijan 2022” adlı Beynəlxalq Yay Skaut Düşərgəsi təşkil ediləcək