×
A
A
A
Sazlamalar

Qəbələdə taekvondo üzrə yarışda 50-dək idmançı mübarizə aparıb

Qəbələ, 28 may, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunda Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər və idman yarışları davam edir.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, idarənin təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında taekvondo idman növü üzrə rayon birinciliyində 50-dək idmançı mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd rayonun idmançılarını, idman ictimaiyyətini əlamətdar bayram – Müstəqillik Günü münasibətilə təbrik etmək, eyni zamanda, rayonda idmanın kütləviliyinə nail olmaq, yeniyetmə və gənc idmançıların yarış təcrübəsini və ustalığını artırmaq, yeniyetmələr arasında taekvondo idman növünü təbliğ etməkdən ibarətdir.
Yarışın rəsmi açılış mərasimində çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, idmançılara uğurlar arzulayıblar.
İdmançılar iki yaş qrupunda 10 çəki dərəcəsi üzrə mübarizə aparıblar.
Birinciliyin qaliblərinə Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Regionlar 2022-05-28 10:20:00