“Qüdrətinlə fəxr edirik, Azərbaycan” adlı ədəbi–bədii tədbir keçirilib
Bakı, 28 may, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyəti 5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında “Şuşa İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Qüdrətinlə fəxr edirik, Azərbaycan” adlı ədəbi–bədii tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə Respublikası Antalya Böyük şəhər Bələdiyyəsinin nümayəndəsi Durmuş Ali Arslan, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı Şəhər üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçiləri, şəhid ailələri və Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra mərkəzin “Uşaq xalq rəqsləri”, “Xalq çalğı alətləri ansamblı”, “Məktəb teatrı”, dərnəklərinin üzvləri rəngarəng çıxışlar ediblər.
Tədbirdə şəhid övladlarının ifasında “Qarabağ Azərbaycandır” kompozisiyası nümayiş olunub.
Tədbirdə 5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin direktoru Könül Mustafayeva və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Nəsimi rayonunun Mirəli Qaşqay küçəsindəki 24 nömrəli binada təmir bərpa işlərinə başlanılıb
Azərbaycanla Qətər arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
İyun ayında Gənclər Təşkilatlarının Resurs Mərkəzinin imkanlarından 1950 gənc yararlanıb
“Könüllü DOST” proqramına 3 ildə 2 min 243 şəxs cəlb olunub
Vətən müharibəsi əlilləri də daxil olmaqla 24 nəfərə peşə şəhadətnamələri təqdim edilib