“Gənclərin sağlamlıq forumu” çərçivəsində növbəti görüş keçirilib
Bakı, 28 may, AZƏRTAC
“Odlar Yurdu” Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin sağlamlıq forumu” çərçivəsində növbəti görüş keçirilib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, forumun keçirilməsində məqsəd gənclərin sağlam ruhda böyüməsi, onların asudə vaxtlarının dəyərləndirilməsi, idmana və digər yararlı vərdişlərə cəlb edilməsidir.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.
Forumda çıxış edən natiqlər qeyd ediblər ki, sağlam həyat tərzi hər kəs üçün fərqli bir anlam ifadə edir. Sağlam həyat tərzi bir insanın fiziki və əqli rifahının təmin edilməsi ilə həyatı yaxşı yaşamasına imkan verən bir tərzdir.
Sonda ekspertlər gəncləri maraqlandıran sualları cavablandırıblar.
Nəsimi rayonunun Mirəli Qaşqay küçəsindəki 24 nömrəli binada təmir bərpa işlərinə başlanılıb
Azərbaycanla Qətər arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
İyun ayında Gənclər Təşkilatlarının Resurs Mərkəzinin imkanlarından 1950 gənc yararlanıb
“Könüllü DOST” proqramına 3 ildə 2 min 243 şəxs cəlb olunub
Vətən müharibəsi əlilləri də daxil olmaqla 24 nəfərə peşə şəhadətnamələri təqdim edilib