×
A
A
A
Sazlamalar

“Bir Könüllü” təşkilatı tələbələr üçün keçirdiyi təqdimatlara yekun vurub

Bakı, 28 may, AZƏRTAC

“Bir Könüllü” təşkilatının 17 təhsil müəssisəsinin tələbələri üçün keçirilən təqdimatları yekunlaşıb.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, 7 mindən çox tələbənin iştirakı ilə baş tutan məlumatlandırma sessiyalarında gənclərə təşkilata üzv olma prosesi, gələcək layihələrdə iştirak qaydaları, könüllülük fəaliyyəti çərçivəsində beynəlxalq əməkdaşlığın qurulması barədə ətraflı məlumat verilib, həmçinin tələbələr arasında əyləncəli və interaktiv oyunlar keçirilib.
Qeyd olunub ki, 30 mindən artıq könüllünü özündə birləşdirən təşkilat 28 ali, 18 orta, 10 peşə təhsil müəssisəsini əhatə edir.

Sosial 2022-05-28 00:57:00