×
A
A
A
Sazlamalar

Qazi və veteranların iştirakı ilə “Zəfər tarixi” adlı xeyriyyə konserti olub

Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Heydər Əliyev Sarayında Vətən müharibəsinin qazi və veteranlarının iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunan musiqili-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan konsertin açılışında ilk olaraq Dövlət Himni səsləndirilib.
Gecədə Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Hava Qüvvələri Orkestri, tanınmış incəsənət xadimləri, eləcə də ADMİU-nun tələbə heyəti çıxış edib.
Konsertdə Vətən müharibəsi qazilərinin və tanınmış incəsənət xadimlərinin birgə dueti, eləcə də qazilər tərəfindən bir çox musiqi alətlərində ifalar səsləndirilib. Konsert proqramı qazilərin ifasında bədii qiraətlə davam edib. Bir-birinin ardınca musiqi və rəqs nömrələri nümayiş olunub.
Qeyd edək ki, tədbir xeyriyyə məqsədi daşıyır və biletlərin satışından əldə olunan vəsait “YAŞAT” Fonduna ianə olunacaq.

Mədəniyyət 2022-05-27 21:36:00