×
A
A
A
Sazlamalar

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

Bakı, 27 may, AZƏRTAC

Mayın 18-23-də keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 953 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb. Uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Bu məqsədlə iyunun 6-7-də sənədlərin düzgünlüyünün yoxlanılması prosesi həyata keçiriləcək.
Namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə İnsan resursları mərkəzinə gələrək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- Ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli;
- Əmək kitabçasının əsli;
- Əvvəlki iş yerindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış.
Qeyd edək ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə sənədlərini təqdim etmədikdə nəticələri ləğv olunacaq və bu hal həmin namizədin yerdəyişmə etdiyi yerdən imtinası kimi qiymətləndiriləcək.

Elm və təhsil 2022-05-27 18:38:00