×
A
A
A
Sazlamalar

Azərbaycan kuboku yarışı: "Qarabağ" - "Zirə" oyunu başlayıb

Bakı, 27 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan kuboku yarışının final oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, həlledici matçda Azərbaycan çempionu “Qarabağ”la ölkə çempionatının bürünc mükafatçı “Zirə” qarşılaşır. Qəbələ şəhər stadionunda keçirilən görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.
"Qarabağın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Qara Qarayev, Filip Ozobiç, Abdullah Zubir, Kevin Medina, Patrik Andrade, Marko Veşoviç, Kadi Borqes, Vadji İbrahima və Elvin Cəfərquliyev yer alıblar.
"Zirə"nin heyətində isə Anar Nəzirov, İlkin Muradov, Hacıağa Hacılı, Qismət Alıyev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Davit Volkov, Dmitrios Çantakias, Nemanya Andelkoviç, Hamidu Keyta və Cəlal Hüseynov meydana çıxıblar.
Finalçılar Azərbaycan kuboku yarışında ilk dəfə qarşılaşırlar. Bakı təmsilçisi Ağdam klubuna yarışda 39-cu rəqibdir. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.
Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” cütü bu siyahıda 473-cüdür.

İdman 2022-05-27 19:02:00