Coğrafiya və riyaziyyat fənləri üzrə “Qiymətləndirmə kitabçaları” təhlil edilib
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları” təhlil edilib. Müzakirə olunan məsələlərlə bağlı qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə məzun günü təşkil edilib
Azərbaycan Texniki Universitetində magistraturaya ixtisas seçimi aparılır
Uşaq musiqi məktəblərinə işə qəbul üçün test imtahanına qeydiyyat davam edir
Azərbaycanın folklorşünas alimləri Türkiyədə beynəlxalq tədbirdə iştirak ediblər
I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat aparılır