×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetində Müstəqillik Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Bakı, 27 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Mingəçevir şəhər Tarix Muzeyində 28 May - Müstəqillik Gününə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada MDU-nun bir qrup akademik heyət üzvü, tələbə və magistrantlar, muzeyin əməkdaşları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova Müstəqillik Günü münasibətilə iştirakçıları təbrik edib. Milli tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötdüyünü qeyd edən E.Cəfərova Şərqin ilk demokratik müsəlman respublikasında müstəqil və demokratik dövlət quruculuğu sahəsində görülən işlərin öyrənilməsi və gənclər arasında təbliğinin önəmindən bəhs edib, tədbirin əhəmiyyətini diqqətə çatdırıb.
Sonra proqrama uyğun olaraq çıxışlara başlanılıb. MDU-nun baş müəllimi Mətanət Yusifova “28 May Azərbaycanın dövlətçilik tarixinin parlaq və şanlı səhifəsidir”, Təhsil fakültəsinin tələbələrindən İlahə İbrahimova “AXC-nin qurucuları”, Nərgiz Rüstəmova “Cümhuriyyət hökumətləri”, Əli Abbasov “AXC-nin qanunvericilik fəaliyyəti”, Gülmirə Kazımova “Cümhuriyyətin dövlət rəmzləri”, Rəsul Mirzəyev “Ordu quruculuğu AXC-nin prioritet siyasəti kimi” mövzularında məruzələrini təqdim ediblər.
Daha sonra, tələbələrdən Murad Məcnunov “Cümhuriyyət liderlərinin xarici siyasət fəaliyyəti”, Mehdi Mahmudov “Cümhuriyyətin qonşu dövlətləri ilə münasibəti”, Səbinə Əliyeva “Cümhuriyyət dövründə Türkiyə ilə münasibətlər”, Azər Rzayev “Cümhuriyyətin qərb dövlətləri ilə münasibətləri”, Leyla Manafova “Cümhuriyyət dövründə milli siyasət”, Gülnur Məmmədli “AXC dövründə milli mətbuatın inkişafı”, Narıngül İbrahimova “Cümhuriyyət dövründə ədəbi-bədii mühit” və Heydər Qafarlı “AXC-nin süqutu və tarixi əhəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələr dəyirmi masa iştirakçıları tərəfindən maraqla qarşılanıb və geniş müzakirələr aparılıb.

Regionlar 2022-05-27 18:02:00