Təhsildə Keyfiyyət Təminatı Agentliyi: Elektrik qaz qaynaqçısı ixtisası üzrə nəzəri biliklər qiymətləndirilib
Bakı, 27 may, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən elektrik qaz qaynaqçısı peşə ixtisası üzrə fəaliyyət göstərən, lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.
Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Bildirilib ki, Qiymətləndirmə Komissiyasına işəgötürənin nümayəndəsi olaraq “SAİPEM” şirkətindən Azad Poladov, ekspert qismində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Ramil Abdullayev və Tural Əkbərov cəlb edilib.
İlkin mərhələdə yüksək nəticə göstərən ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə elektrik qaz qaynaqçısı peşə ixtisası üzrə sertifikat veriləcək.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə məzun günü təşkil edilib
Azərbaycan Texniki Universitetində magistraturaya ixtisas seçimi aparılır
Uşaq musiqi məktəblərinə işə qəbul üçün test imtahanına qeydiyyat davam edir
Azərbaycanın folklorşünas alimləri Türkiyədə beynəlxalq tədbirdə iştirak ediblər
I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat aparılır