×
A
A
A
Sazlamalar

Biologiya və tarix fənləri üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib

Bakı, 27 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ikinci mərhələsinin birinci məşğələləri keçirilib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formatda keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.
Məşğələyə moderatorluq edən biologiya fənni üzrə Nailə Əliyeva və tarix fənni üzrə Hafiz Cabbarov kurs iştirakçılarına verilən ev tapşırıqlarının müzakirəsini aparıblar. Hər bir referatdakı tapşırıqlar altstandartların tələbləri baxımından, məzmuna, tipə və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. İştirakçılar müzakirə ilə bağlı fikirlərini bildirərək təkliflər verdilər. Moderatorlar iştirakçıları maraqlandıran sualları cavablandırdılar.
Hazırlıq kurslarının ikinci mərhələsinin ikinci məşğələsi növbəti həftə keçiriləcək.

Elm və təhsil 2022-05-27 17:23:00