×
A
A
A
Sazlamalar

“Könüllülük Akademiyası 6” layihəsinin bağlanış mərasimi keçirilib

Bakı, 27 may, AZƏRTAC

Binəqədi Gənclər Evində fevralın 19-dan Gənclər və İdman Nazirliyinin, rayon icra hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Könüllülük Akademiyası 6” layihəsinin bağlanış mərasimi keçirilib.
Binəqədi Gənclər Evindən AZƏRTAC-a bildiriblər ki, tədbirə layihənin iştirakçıları qatılıblar.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova gəncləri təbrik edib, onlara uğurlar arzu edib.
Sonra layihədə fəal olan gənclər layihə müddətində keçirilən təlimlərin, görüşlərin faydasından, bu müddətdə qazandıqları təcrübələrdən danışıblar.
Qeyd olunub ki, layihə çərçivəsində gənclərimiz şəxsi inkişaf, karyera planlaşdırılması və psixologiya istiqamətində keçirilən təlim və tədbirlərdə, eyni zamanda, mərkəzin müxtəlif departament və klub fəaliyyətində iştirak ediblər.
Sonda iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunublar.

Cəmiyyət 2022-05-27 17:51:00