İqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması istiqamətində müzakirələr aparılıb
Bakı, 27 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin İnkişaf Proqramının dəstəyi, dövlət qurumları, qeyri-hökumət təşkilatları və elmi müəssisələrin nümayəndələrinin iştirakı ilə “İqlim Dəyişmələri-müasir çağırışlar” mövzusunda konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti çərçivəsində iqlim dəyişikliyi üzrə 13-cü Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq və onu təşviq etməkdir.
Tədbirdə iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması, təbii fəlakətlərə qarşı uyğunlaşma potensialının gücləndirilməsi və digər istiqamətlərdə təqdimatlar nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb