×
A
A
A
Sazlamalar

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Biz Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik, sabitlik və əmin-amanlığın əldə olunmasına yönələn bütün səyləri, o cümlədən aprelin əvvəlində Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş uğurlu görüşü dəstəkləyirik.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə xoşbəxt və dinc gələcək arzulayıram.


Aleksander Van der Bellen
Avstriya Respublikasının Federal Prezidenti

Məktublar 2022-05-27 17:30:00