×
A
A
A
Sazlamalar

Aşqarlar Kimyası İnstitutunda tələbələr üçün elmi seminarlar təşkil olunub

Bakı, 27 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin kimya və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan IV kurs bakalavr tələbələrinin Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi başa çatıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, üç aylıq təcrübə müddətində tələbələr ayrı-ayrı qrup şəklində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olub, təcrübi tədqiqatları yaxından izləyiblər. Zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı təşkil olunan elmi seminarlarda iştirak ediblər.
Təcrübə müddətində fərqlənən 3 tələbəyə sertifikat verilib.

Elm və təhsil 2022-05-27 17:37:00